Ali Attestasiya Komissiyası Aparat rəhbərinin müavini vəzifəsi üzrə vakansiya elan edib.

Foodinfo.az xəbər verir ki, vakansiya üzrə aylıq vəzifə maaşı 1480 manatdır.

Bu vəzifəyə qəbul olunacaq şəxsin qulluq funksiyalarına aşağıdakılar daxildir: 

Aparata həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarının və digər bu kimi sənədlərin, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsini təmin etmək;

Aparat rəhbərinin tapşırığı ilə Komissiyanın Aparatının struktur bölmələrinin işinin əlaqələndirilməsi və onların fəaliyyətinə nəzarəti həyata keçirmək;

işçilərin əmək, icra və xidmət intizamına riayət edilməsinə, etik davranış qaydalarına və prinsiplərinə əməl edilməsinə nəzarət etmək;

Aparatın işçiləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Aparat rəhbərinə təkliflər vermək;

dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinin aparılmasına nəzarət etmək;

Komissiyanın fəaliyyət sahələri üzrə normativ hüquqi akt layihələrinin hazırlanmasında iştirak etmək;

Komissiya üzrə əmr və göstərişlərin eləcə də Rəyasət Heyəti və Kollegiya qərarlarının icrası ilə bağlı məsələlərin həllini öz səlahiyyətləri daxilində təmin etmək;

Aparatın struktur bölmələrinin əsasnamələrinin və hər bir vəzifə üzrə təlimatların hazırlanıb təsdiq olunmasını təmin etmək;

Aparata daxil olan məktub, ərizə, şikayət və təkliflərə baxılmasını, onlara cavabların düzgün hazırlanmasını və vaxtında göndərilməsini təşkil etmək;

müvafiq sahə üzrə dissertasiya, avtoreferat və attestasiya sənədlərinin, elmi dərəcə iddiaçılarının elmi əsərlərinin ekspertizasının həyata keçirilməsinə və plagiata yoxlanılmasına nəzarət etmək və s.

Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət: 10.04.2023. Saat: 18:00