"Aptekdən həkim məsləhəti olmadan alınan dərmanlar bizə faydadan çox zərər verə bilər".
Foodinfo.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Zakir Quliyev Nazirliyin "İnstagram" hesabındakı canlı yayımında deyib.
"Vətəndaş hansı vitaminin özündə əksik olmasını bilmək üçün analiz verməlidir. Çox hallarda reseptsiz alınan vitamin qəbuluna görə bədəndə fəsadlar yaranır. "D" vitamini əskikliyi bizdə çox olur. Çünki Günəş şüalarından bunu ala bilmirik. Buna görə də ağızdan vitamin D qəbul edirik".
Həkim deyib ki, bəzi mədə-bağırsaq sistemi xəstəliklərinin yaz aylarında kəskinləşdiyi vaxtdır:
"Xüsusilə fəsil dəyişikliyi ilə əlaqədar bəzi xəstəliklər kəskinləşmə dövrü keçirir" - o deyib.