ARAZ marketə kateqoriya müdiri tələb olunur.

Vəzifə öhdəlikləri:
– Məhsul kateqoriyalarının inkişaf planlarının hazırlanmasını təşkil etmək;
– Mövcud məhsul portfelini zənginləşdirmək və rəqiblərdən fərqləndirmək üçün yerli və xarici bazarların araşdırılması;
– Bazar tələblərinə əsasən yeni məhsulların araşdırılması və mağaza rəflərində mövcudluğunu təşkil etmək (planoqramların sərgilənməsi);
– Müəyyən dövrlərdə məhsul portfelinin optimizasiyasını təşkil etmək;
– Şirkətin satış siyasətinə uyğun olaraq kateqoriya üzrə məhsulların dəyərləndirilməsini təşkil etmək;
– Tabeliyindəki kateqoriyaların merçendayzinq standartlarının də düzülüş qaydalarının müəyyən edilməsini təmin etmək;
– Tabeliyindəki kateqoriyaların planoqramlarının hesabatını və yenilənməsini təmin etmək:

 WHATSAPP KANALIMIZA ABUNƏ OLUN

Namizədlərə tələblər:
– Ali təhsil (Maliyyə, iqtisadiyyat, biznesin təşkili, idarəetmə);
– İş təcrübəsi 3 il;
– Dil bilikləri: İngilis dili, rus dili arzu olunandır;
– MS Office bilikləri, SAP bilikləri;
– İdarəetmə və qərarvermə qabiliyyəti.
– Stressə davamlılıq və kollektivdə işləmək bacarığı:

İş Qrafiki:
– Nahar ilə təmin edilmə;
– 5 günlük iş qrafiki;
– Servis xidməti

Əmək haqqı:
– Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müəyyən olunacaqdır
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Kateqoriya müdiri” yazaraq [email protected] e-poçt ünvanına göndərmələri xahiş olunur.
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına göndərilən müraciətlərə baxılacaq – zəng üzərindən sorğular qəbul olunmur