Kabab mövsümündə düzgün marinad seçimi yeməyin dadına birbaşa təsir edir. Mütəxəssislər bildirir ki, bəzi məşhur əlavələr əksinə, ətin dadını korlaya bilər. Foodinfo.az xarici mediaya istinadla xəbər verir ki, şef-aşpaz ideal marinadın sirlərini açıqlayıb.
Ekspertin sözlərinə görə, bal, xardal və soya sousu kimi inqrediyentlərdən uzaq durmaq lazımdır. Bu məhsulların tərkibindəki şəkər yüksək temperaturda tez yanır və ət tam bişməmişdən əvvəl onun səthini yandırır. Nəticədə həm dad, həm də tekstura pozulur.
Ən yaxşı seçim isə klassik marinaddır: duz, istiot, az miqdarda sirkə və uyğun ədviyyatlar. Məsələn, donuz əti üçün xmeli-suneli, toyuq üçün isə kari uyğun hesab olunur. Şef vurğulayır ki, keyfiyyətli ət üçün bəzən marinad belə lazım olmur — sadəcə duz və istiot kifayətdir.
Əti yumşaltmaq lazım olduqda alma və ya üzüm sirkəsindən istifadə etmək olar (1 kq ətə 1–2 qaşıq) və marinad müddəti 4–6 saatdan artıq olmamalıdır. Kefir, mineral su və kivi də istifadə oluna bilər, lakin bunların ya uzun marinad vaxtı tələb etməsi, ya da ətin strukturunu həddən artıq yumşaldaraq istənilən nəticəni pozması kimi çatışmazlıqları var.






