Manqalda balıq bişirmək üçün uyğun növ seçmək yeməyin keyfiyyətinə birbaşa təsir edir. Mütəxəssislər bildirir ki, hər balıq növü açıq odda bişirmə üçün uyğun deyil. Foodinfo.az xarici mediaya istinadla xəbər verir ki, qastroenteroloq manqal üçün ideal balıq növlərini açıqlayıb.
Ekspertin sözlərinə görə, ən uyğun balıq növləri 8–15% yağ tərkibinə malik olanlardır. Bu, bişirmə zamanı balığın qurumasının qarşısını alır və daha zəngin dad yaradır. Eyni zamanda balığın dərisinin möhkəm olması vacibdir ki, o, tor üzərində yapışmasın və forması pozulmasın.
Manqal üçün ən yaxşı seçimlərə skumbriya, halibut, siq, forel, qızılbalıq, kiçuj, yayın balığı, dəniz levreyi və digər yağlı balıq növləri daxildir. Arıq balıqlar — məsələn, treska, hek və mintay isə tez quruyur və dağılır. Həmçinin çay balıqları çox xırda sümük tərkibinə və bəzən xoşagəlməz dada malik olduğuna görə tövsiyə olunmur.
Daha yaxşı nəticə əldə etmək üçün balığı limon şirəsi və ya zeytun yağı ilə marinad etmək, dərisi aşağı olmaqla bişirmək və ya folqa içində tərəvəzlərlə birlikdə hazırlamaq məsləhət görülür.






