Yaz aylarında satışa çıxarılan erkən çiyələk hər zaman düşündüyümüz qədər zərərsiz olmaya bilər. Mütəxəssislər bildirir ki, bu məhsulların bəzisində istifadə olunan maddələrin qalıqları sağlamlıq üçün risk yarada bilər. Foodinfo.az xarici mediaya istinadla xəbər verir ki, immunoloq erkən çiyələyin təhlükəsizliyi ilə bağlı mühüm məqamlara aydınlıq gətirib.

Həkimin sözlərinə görə, bəzi hallarda məhsullarda antibiotik qalıqları ola bilər ki, bu da uzunmüddətli istifadədə ciddi problemlərə səbəb ola bilər. Bu risklərə bakteriyaların antibiotiklərə davamlılığının artması, bağırsaq mikroflorasının pozulması və allergik reaksiyaların yaranması daxildir. Xüsusilə həssas insanlarda bu təsirlər daha tez üzə çıxa bilər.

Qeyd olunur ki, çiyələk istehsalında antibiotiklərin geniş tətbiqi adi hal deyil, lakin bəzi istehsalçılar tərəfindən istifadə oluna bilər və bunu məhsulun görünüşündən müəyyən etmək mümkün deyil. Riskləri azaltmaq üçün mütəxəssislər təbii mövsümündə yetişən çiyələklərə üstünlük verməyi tövsiyə edir. Bu isə adətən may ayından başlayaraq yay ortalarınadək olan dövrü əhatə edir.