Bakıda məşhur restoran məhkəməlik olub. Foodinfo.az xəbər verir ki, “Baku Great Vall Restaurant” İnzibati Xətalar Məcəlləsinin tələblərini pozub. Paytaxtın Nizami küçəsində yerləşən restoran İXM-nin 518.1 maddəsi ilə ittiham olunur. Belə ki, sözügedən iaşə obyektində yanğın təhlükəsizliyi ilə bağlı tələblər yerinə yetirilməyib. Bu maddəyə görə, vəzifəli şəxslərə xəbərdarlıq edilir və hüquqi şəxslər 350 manatdan 500 manatadək məbləğdə cərimə edilir. Səbail Rayon Məhkəməsində keçiriləcək prosesə hakim Günel Səmədova sədrlik edəcək. Qeyd edək ki, adıçəkilən restoran müştərilərə Çin mətbəxtini təklif edir.