Avstraliyanın Kvinslend ştatında Kennedi çayı sahilində balıqçının müəmmalı şəkildə yoxa çıxmasında timsahdan şübhələnilib. Foodinfo.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

Axşam saatlarında bir kişi çayın sahilində balıq tutub. Yaxınlıqdakı turist düşərgəsinin sakinləri qışqırıq səsləri eşidiblər. Bundan sonra kişi yoxa çıxıb.

Polis və xilasetmə xidmətləri 400 kilometr məsafədə yerləşən Keyns şəhərindən xilasedici helikopterlə axtarışlara başlayıb. Xilasedicilər əraziyə baxış keçirmək üçün piyada qruplar göndərsələr də, hələlik itkin düşən şəxsin izinə rast gəlinməyib.

Nurlan