Şalğam suyu bədəndəki toksinlərin atılmasına kömək edən təbii və faydalı içkilərdən biridir.
Foodinfo.az xəbər verir ki, tərkibindəki antioksidantlar sayəsində orqanizmi zərərli maddələrdən təmizləyir və hüceyrələrin yenilənməsini dəstəkləyir.
Şalğam suyu qaraciyər funksiyalarını yaxşılaşdıraraq toksinlərin daha sürətli xaric edilməsinə şərait yaradır.
Eyni zamanda, həzm sistemini tənzimləyir və bağırsaqların daha yaxşı işləməsini təmin edir.
C vitamini ilə zəngin olduğu üçün immuniteti gücləndirir və iltihabı azaldır.
Az kalorili olması onu arıqlama pəhrizlərində də ideal edir.
Tərkibindəki minerallar su-duz balansını qoruyur və bədənə enerji verir.
Şalğam suyunu təbii və qatqısız formada istehlak etmək onun detoks təsirini daha da artırır.
Həftədə bir neçə dəfə içilməsi tövsiyə olunur.