“Martın 18-də “taxıl sazişi”nin müddətinin başa çatması ilə bağlı müzakirələr davam edir. Foodinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin nümayəndəsi Stefan Düjarrik bildirib.
Onun sözlərinə görə, hələlik iştirakçılardan heç biri sazişin uzadılmasına etiraz etməyiblər. Ancaq BMT hər bir iştirakçı ilə danışıqları davam etdirir.
BMT nümayəndəsi həmçinin uzadılması düşünülən sazişdə həqiqətən də Ukrayna limanlarının sayının artırılması məsələsinin yer alıb almadığını şərh etməyib.
Nurlan