Ümumiyyətlə, hibiskus (Məkkəgülü) bitkisi çay şəklində istehlak edilir. Təzə hibiskusun tərkibində pektin olduğuna görə salatlarda, yeməklərdə, tortlarda, mürəbbələrdə, şərbət və sousların hazırlanmasında istifadə olunur. Səhra bitkisi kimi tanınan hibiskus yüksək su tutma qabiliyyətinə malik bir bitkidir. Turş dadı var və bu dadına görə bir çox bölgələrdə turş çay kimi tanınır. Quraqlıq iqlimi sevməsinə baxmayaraq, hibiskus çoxlu çiçəklərə malikdir və çiçəklərin qoxusu olduqca xoşdur. Çiçəklərinə görə Məkkə gülü olaraq da bilinən hibiskus bitkisi praktiki və hazırlanması asan dərman çayı kimi istehlak edilir.

Foodinfo.az xəbər verir ki, tərkibində yüksək miqdarda dəmir olan bitki C vitamini, A vitamini, maqnezium, flavonoidlər, polisaxaridlər, tartar turşusu, alma turşusu və limon turşusu kimi bir çox digər üzvi turşuları da ehtiva edir. 

Yüksək miqdarda fenolik birləşmələr ehtiva etdiyi üçün bədənə çox təsirlidir. Mütəxəssislər tərəfindən gündə 2 stəkandan artıq istehlak tövsiyə edilmir. 

Ölkəmizdə nadir hallarda yetişdirilən hibiskus əczaçılıq sənayesində geniş istifadə olunur. Əsrlər boyu xüsusilə Çin və Hindistan təbabətində səmərəli istifadə edilən hibiskus bitkisi herbalistlərdə qurudulmuş halda satılır. 

FAYDALARI NƏDİR? 

Hibiskus çayının nə üçün istifadə edildiyi sualına başqa bir cavab yeni beyin adlanan bağırsaqlarla bağlıdır. Bu həzm sisteminin sağlam işləməsini dəstəkləyərək həzmsizlikdən qaynaqlanan bağırsaq qazlarının və şişkinliyin müalicəsində təsirlidir. Antipiretikdir və aterosklerozun qarşısını alır.

Bu çay vilson xəstəliyi üçün tövsiyə edilir. Bu xəstəlikdə mis qaraciyər, sümük sistemi, buynuz qişa və böyrək kimi orqanlarda toplanır. Hibiskus bitkisinin alt ləçəklərindən hazırlanan çay misin bədəndən çıxarılmasına kömək edir. 

Həmçinin göbələk infeksiyalarının müalicəsində köməkçi rol oynayır. 

Hibiskus çayı, maye itkisi səbəbindən diz qapaqlarının zədələnməsi hallarında diz ağrılarında təsirlidir. 

Böyrək daşının əmələ gəlməsi riskini də azaldır. 

Hibiskus çayı qida dəyərinə görə qiymətləndirildikdə onun 100 qramında orta hesabla 37 kkal, 0,7 qram yağ, 0,4 qram protein və 7 qram karbohidrat var. Qalan hissədə dəmir, kalsium, maqnezium, natrium, kalium, A və C vitaminləri var. 

Yaxşı xolesterini artırır və qan təzyiqini tənzimləyərək xolesterolu nizamlayır. 

Antioksidant xüsusiyyətlərə malik olan hibiskus çayı orqanizmin immun sistemini artırır, xəstəliklərə qarşı müqavimətini çoxaldır. Xüsusilə qrip və soyuqdəymə kimi xəstəliklərin müalicəsində orqanizmə kömək edir.

Bu çay orqanizmdən toksinlərin atılmasına kömək edir, yağların udulmasını azaldır və orqanizmin maddələr mübadiləsi sürətini artırır. Hibiskus çayı pəhrizə başladığını söyləyənlərin ən çox istifadə etdiyi bitki çaylarından biridir. Hibiskus çayının tərkibindəki minerallar və üzvi turşular doyurucu xüsusiyyətlərə malikdir və bu xüsusiyyətlərə görə arıqlamağa kömək edir.