Almaniyanın “BionTech” şirkətinin təsisçiləri, türkiyəli cütlük Uğur Şahin və Özlem Türeci bu gün məhkəmə qarşısına çıxacaqlar.
Bu barədə məlumatı “The Financial Times” qəzeti yayıb.
Məlumata görə, şirkətin istehsal etdiyi koronavirus əleyhinə “Comirnaty” vaksinini vurduran şəxslər “BionTech”i məhkəməyə verib. Şikayətçilər iki hüquq şirkəti tərəfindən məhkəməyə müraciət ediblər və “BionTech”dən 1 milyon avroya qədər təzminat tələb edirlər.
Sözügedən vaksini vurduranlar onun səhhətlərinə qalıcı və zərərli təsir yaratdığını iddia edirlər. Məhkəmə Hamburqda baş tutacaq.