Kanadada aparılan bir araşdırma, ölkənin kənd təsərrüfatı sektorunun sağ qalması üçün 2033-cü ilə qədər 30.000 yeni fermerə ehtiyac olduğunu ortaya qoyub..
Foodinfo.az xəbəbr verir ki, Kanada Kral Bankı, Bostondakı Kanadanın Gələcəyi üzrə Məsləhətçi Qrup Mərkəzi və Kanada Universitetinin Qida İnstitutunun birgə hazırladığı hesabata görə, Kanadalı fermerlərin 40 faizindən çoxu növbəti 10 il ərzində təqaüdə çıxacaq.
Hesabatda ölkədə 24.000 ümumi təsərrüfat, uşaq bağçası və istixana operatorunun əhatə olunduğu və boşluq aradan qaldırılmasa, Kanadanın "qıtlıqla üzləşəcəyi" vurğulanıb.
Hesabatda hazırkı fermerlərin 66 faizinin təqaüdə çıxdıqları təqdirdə işlərini necə və ya kimə köçürəcəkləri ilə bağlı planları yoxdur.
Ölkədə 2001-ci ildə 346 min olan təsərrüfat operatorlarının sayının aradan 20 ildə 262 minə düşdüyü və buna paralel olaraq kənd təsərrüfatı sahələrinin daraldığı qeyd edilən hesabatda bir çox ölkənin milli strategiyalarını sürətlə həyata keçirdiyi vurğulanıb.
Nurlan