Cənubi Afrika ətirşahı insan orqanizmi üçün olduqca faydalı hesab olunur.
Foodinfo.az xəbər verir ki, xüsusilə qrip və soyuqdəymə zamanı bu bitkinin effektiv təsirini müşahidə etmək olar.
Sözügedən xəstəliklər barədə danışan türkiyəli ekspert Ayper Somer bildirib ki, Cənubi Afrika ətirşahının kökündən əldə olunan ekstrakt soyuqdəymə üçün təsdiqlənmiş əsl müalicə üsuludur. “Umckaloabo” adı verilən bu bitkinin xüsusən qış aylarında qeydə alınan soyuqdəymə hallarına qarşı effektivliyi araşdırmalarla təsdiqlənib. Ekspertlər qeyd edirlər ki, sözügedən ekstraktdan xəstəliyin ilk 48 saatı ərzində istifadə etmək şikayətlərin müddətini 1-3 günə qədər azaldır.