Çində üç ilə yaxındır davam edən koronovirus məhdudiyyətləri ölkənin iqtisadiyyatına ağır zərbə endirib. 
Bu barədə Foodinfo.az Rusiya KİV-ə istinadən xəbər verir.

Qeyd olunur ki, hazırda ölkədə gənclər arasında işsizlik 20 faiz təşkil edir. Hakimiyyət tərəfindən yüzlərlə əmək yarmarkası təşkil olunub. Lakin iqtisadiyyatın hazırkı durumu məşğulluq göstəricilərinə ciddi təsir edir. Ötən il Çin iqtisadiyyatı cəmi üç faiz artıb. 


Ölkədəki inflyasiya göstəriciləri də insanların həyat səviyyəsinə ciddi təsir göstərib. Belə ki, təkcə cari ilin yanvarında ərzaq məhsullarında qiymət artımı 6,2 faiz olub.

Nurlan