Damla saqqızı (mastika) qədim dövrlərdən bəri sağlamlıq üçün müxtəlif faydaları ilə tanınan təbii bir reçinadır. Foodinfo.az xəbər verir ki, o, xüsusilə həzm sistemi problemlərinin müalicəsində istifadə olunur, mədə xorası və qastritə qarşı qoruyucu təsir göstərir.
Damla saqqızı antibakterial xüsusiyyətlərə malikdir və ağız sağlamlığını dəstəkləyərək diş əti xəstəliklərini önləyir.
Tərkibindəki antioksidantlar bədəni sərbəst radikallardan qorumağa kömək edir.
Eyni zamanda, bu təbii maddə nəfəs darlığı və bəlğəm problemlərində də rahatlama təmin edir. Lakin istifadəsi mütləq həkim məsləhəti ilə olmalıdır.