Səhər yeməyində dənli bitkilərdən hazırlanmış yemək tərkibində yüksək şəkər olduğu üçün çəki artımına səbəb olur. Foodinfo.az xəbər verir ki, bunu rusiyalı endokrinoloq Zuxra Pavlova deyib.
Həkimin sözlərinə görə, səhər yeməyi üçün hazır sıyıq orqanizmə zərər verir. Bu, məhsulların təbii şəkildə deyil, artıq sənaye üsulu ilə emal edildiyi və çox miqdarda şəkər ehtiva etməsi ilə bağlıdır.
Eyni zamanda, Pavlova xatırladıb ki, səhər yeməyindən imtina etmək olmaz, çünki məhz səhər saatlarında mədə-bağırsaq traktının və adrenal bezlərin aktiv işi başlayır. Odur ki, yulaf əzməsi hər hansı sıyığı əvəz edə bilər.
Nərmin