Soyuducunuzda milyonlarla bakteriya olduğunu və bir çox xəstəliyə səbəb olduğunu bilirdinizmi? Evin ən təmiz yerlərindən biri olduğunu düşündüyümüz soyuducuda təxminən 1,8 milyon bakteriya var. Bəs bunlar hansı bakteriyalardır? İnsan sağlamlığına hansı təsirlər var?
Foodinfo.az bildirir ki, yeni araşdırmaya görə, evlərdəki soyuducularda 1,8 milyondan çox bakteriya yaşayır. Üstəlik, bu bakteriyalar tənəffüs yollarından sümük və ürək infeksiyalarına qədər bir çox xəstəliklə əlaqələndirilir.
Soyuducularda inkişaf edən bakteriyaların əksəriyyəti yuyulmamış tərəvəzlərdən və çarpaz çirklənmədən qaynaqlanır
Soyuducunun mütəmadi olaraq təmizlənməsi bir çox insanın laqeyd qaldığı bir şeydir. Ancaq evimizin ən vacib əşyası, hər kvadrat santimetrində 2000-ə yaxın riskli bakteriyaya sahib olduğu üçün ilk sırada yer almağa layiqdir.
Soyuducularda iki müxtəlif mikrob ailəsi yaşayır: patogenlər, xəstəliyə səbəb olan bakteriyalar və xarablığa səbəb olan bakteriyalar. Xəstəliyə səbəb olan bakteriyalar 4 dərəcə ilə 60 dərəcə arasında böyüyə bilər, qida yoluxucu xəstəliklərə səbəb olur, lakin çox vaxt yeməyin dadına, qoxusuna və görünüşünə təsir göstərmir.
Xarablığa səbəb olan bakteriyalar aşağı temperaturda, məsələn, soyuducuda da çoxalaraq qidanın dadına, iyinə və görünüşünə təsir edə bilir.
Soyuducuda olan çiy ət, toyuq və balıqların quruluşuna görə heyvanlarda olan mikroorqanizmləri daşıyır. Odur ki, çiy ət, toyuq və balıq şirələri axmayacaq şəkildə qablaşdırılmalı, bişmiş yeməklərlə yan-yana saxlanmamalı, imkan daxilində ayrı-ayrı rəflərə qoyulmalıdır.
Çiy tərəvəzlərin yetişdirilməsi prosesində çirkab su ilə qarışdırılmış çirkli su ilə suvarmanın tərəvəz və meyvələrdə bağırsaq bakteriyalarının kolonizasiyasına səbəb olur.
Nərmin