Tanınmış apteklər şəbəkəsi “Dokta Apteklər” qanunvericiliyi pozduğu üçün cərimələnib.
Foodinfo.az xəbər verir ki, şirkət barəsində tərtib olunan protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Şirkət rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsini pozmaqda təqsirli bilinir. Belə ki, sertifikasiyadan keçməyən şəxslərin aptekdə əczaçılıq fəaliyyətinə icazə verilib.
İddia təmin olunarsa, “Dokta Apteklər”i 8 min manatadək cərimə cəzası gözləyir.
Qeyd edək ki, “Dokta Apteklər” ölkənin bir çox bölgəsində filialı olan geniş şəbəkəyə malikdir.
Son xəbərlər
- Qan təzyiqi olanlar bu çayı içməsin
- AQTA HACCP sisteminin tətbiqi ilə bağlı sahibkarlara müraciət edib
- Şirin kartof dəri sağlamlığına faydalıdır
- Xiyar tərəvəzdir yoxsa meyvə?
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi