Bakıda oğurluq hadisəsi baş verib. Foodinfo.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 80 ünvanında qeydə alınıb. Ərzaq mağazasından oğurluq edən şəxs kassaya yaxınlaşaraq pulu xırdalamağı xahiş edib. Xəzinədarın pul xırdalamağa başı qarışan zaman oğru piştaxtadan malları götürərək cibinə qoyur. Həmin anlar mağazadakı müşahidə kamerasına düşüb. Mağaza sahibi qeyd edib ki, bu, son dövrlərdə adıçəkilən ünvanda baş verən yeganə oğurluq hadisəsi deyil. Bundan əvvəl də sözügedən mağazada oğurluqlar olub. Mağaza əməkdaşları oğurluq hadisəsi barədə yerli polisə də müraciət ediblər.