
Türk qəhvəsi həm zəngin dadı, həm də enerjiverici təsiri ilə dünyada ən çox sevilən içkilərdən biridir. Ancaq mütəxəssislər xəbərdarlıq edirlər ki, onun həddindən artıq qəbulu sağlamlıq üçün risklər yarada bilər.
Foodinfo.az xəbər verir ki, qidalanma üzrə mütəxəssislərin fikrincə, sağlam bir insan üçün gündə 1–2 fincan türk qəhvəsi kifayət edir. Bu miqdar zehni fəaliyyəti artırır, diqqəti toplamağa kömək edir və yorğunluğu azaldır.
Lakin gündə 3 fincandan çox içilməsi sinir sisteminə yük ola, ürək döyüntüsünü sürətləndirə, yuxusuzluq və həzm problemlərinə səbəb ola bilər.
Xüsusilə hamilə qadınlara, ürək-damar xəstəliyi, yüksək təzyiq və mədə problemləri olan şəxslərə qəhvə qəbulunu minimuma endirmək və ya həkimlə məsləhətləşmək tövsiyə olunur.
Türk qəhvəsi faydalı içki hesab olunsa da, balansı qorumaq vacibdir. Sağlam qalmaq üçün gündə 1–2 fincan kifayətdir.