Havanın mikrohissəciklərlə çirklənməsi statistik olaraq demensiyanın inkişafı ilə əlaqələndirilir.
Foodindo.az xəbər verir ki, bu barədə Harvard Universitetindən bildirilib.
Bildirilir ki, 57 milyon insan hazırda bu xəstəlikdən əziyyət çəkir. 2050-ci ilə qədər dünyada demensiya xəstəliklərinin sayının 153 milyona çatacağı gözlənilir.
Mark Weiskopf və həmkarları 2000-dən çox tibbi araşdırmanın meta-analizi aparıblar və onlardan 51-i demansiya və ətraf mühitin vəziyyəti arasındakı əlaqəni təsvir edib. Onların əksəriyyəti havadakı PM2.5 (ölçüsü 2,5 nm-dən az olan hissəciklər) və azot oksidlərinin tərkibinə aid olub. Məlum olub ki, PM2.5-in yüksək səviyyələri statistik olaraq demensiya ilə əlaqələndirilir, hətta onların konsentrasiyası havanın hər kubmetri üçün müəyyən edilmiş 12 mikroqram normadan artıq olmadıqda da bu proses baş verə bilir.
Fərid