Su həm şəxsi, həm də məişət təmizliyi üçün geniş istifadə olunur. Bununla belə, bəzi əşyaları təmizləmək üçün sudan istifadə xeyirdən çox zərər verə bilər. 

 Foodinfo.az xəbər verir ki, mətbəx, hamam, qonaq otağı kimi evin bir çox hissəsini təmizləyərkən su və təmizləyici vasitələrdən istifadə edirik. Lakin bəzi əşyaların su ilə təmizlənməsi onların istifadə müddətini qısalda bilər. Kimyəvi məhsulların seyrəldilməsi üçün də geniş istifadə olunan su, xüsusilə dəri mebel və elektron mallara ciddi ziyan vura bilər. Heç vaxt su ilə təmizləməməli olduğunuz yerlər bunlardır:

1. Dəri əşyalar

Dəri divan kimi mebellər heç vaxt su ilə yuyulmamalıdır. Çünki dərinin su ilə təmizlənməsi dəridə arzuolunmaz ləkələrə və çatlamalara səbəb ola bilər. Buna görə dəri üçün təmizləyici məhlullardan istifadə olunmamalıdır.

2. Elektron avadanlıqlar 

Televizor, kompüter, telefon kimi əşyalar su ilə yuyulmamalıdır. Çünki su elektron əşyaların içinə sızaraq onların xarab olmasına səbəb ola bilər. Pult və klaviatura kimi əşyalar da bu qrupa daxildir. Elektronikanı mikrofiber parça ilə təmizləyin.

3.Taxta mebellər 

Taxta mebelləri su ilə təmizləmək mebelin üzərindəki qoruyucu örtükləri zədələyə bilər. Ona görə də taxta mebelləri təmizləyərkən ilk növbədə onun tozunu təmizləyin. Sonra ağac mumu və ya limon yağı ilə təmizləyin. Parketlər taxtadırsa, ağac təmizləyicisini su ilə seyrəldərək dərin təmizlik edə bilərsiniz.

4. Qaz sobası

Qaz sobalarının üzərinə ehtiyatsız su çiləmək və ya onları nəm parça ilə silmək alışdırıcıları zədələyə bilər. Bu, alışdırıcıların öz-özünə işə düşməsinə və ya daimi zədələnməsinə səbəb ola bilər. Ona görə də təmizləyicini parça üzərinə səpmək və parçadan artıq suyu sıxdıqdan sonra plitənin üzərini təmizləmək daha yaxşı olardı.

5. Zamşa və məxmər parçalar

Məxmər və ya zamşadan hazırlanmış divan və ya pərdələri su ilə təmizləməyin. Su məxmər və zamşa parçanın ləkələnməsinə və teksturasının pisləşməsinə səbəb ola bilər. Odur ki, təmizləmə üçün yumşaq fırça və zamşa təmizləyicidən istifadə edin.

6. İpək parçalar

İpək zərif parça növü olduğundan onu su ilə təmizləmək olmaz. Çünki su ipəkdə iz buraxa və onun toxumasını korlaya bilər. İpək parçaları zərif proqramda və ya əl ilə xüsusi yuyucu vasitə ilə yumağa cəhd edə bilərsiniz. Ən təhlükəsiz seçim onu quru təmizləyici ilə təmizləməkdir.

7. Mis və gümüş məmulatlar

Mis və gümüşü təmizləyərkən su ilə təmizləmək ilk baxışdan cazibədar görünə bilər və qısa müddətdə ləkələri çıxara bilər. Lakin bu materialların su ilə təmizlənməsi qoruyucu örtüklərin köhnəlməsinə və matlaşmasına səbəb olur. Xüsusilə gümüşlər su ilə təmasda olduqda qaralmağa başlayacaq.