Gündəlik həyatımızda fiziki fəaliyyətləri artırmaq xərçəng riskini azaldır.
Foodinfo.az xəbər verir ki, bu barədə “Milliyet” yazıb.
Avstraliyanın Viktoriya Xərçəng Konqresi və İngiltərədəki Bristol Tibb Mərkəzi tərəfindən araşdırmanın nəticələrinə görə, artan fiziki fəaliyyətlər xüsusilə döş xərçəngi riskini azaldır. Xəstəliyin bütün mərhələləri və növlərində fiziki fəaliyyətlər, idmanla məşğul olmaq müsbət effektini verir.
Elm adamlarının sözlərinə görə, yüksək fiziki fəaliyyət – idman hərəkətləri və sairlə məşğul olmaq döş xərçəngi riskini 41 faiz azaldır. Həftədə ən azı üç gün bu cür fəaliyyətlə məşğul olanlarda isə xəstəliyə tutulanların sayı 38 faiz aşağıdır. Bu vəziyyətin digər xərçəng növləri üzərində təsiri araşdırılır.
Fərid