İngiltərədə bir milyon insana siqareti buraxmağı təşviq etmək üçün elektron siqaretlər veriləcək. 

Foodinfo.az xəbər verir ki, bu barədə “Hürriyet” nəşri yazıb. 

Sözügedən planın bu günlərdə açıqlanması gözlənilir. Belə ki, hamilə qadınlar siqareti tərgidəcəyi təqdirdə 400 funt sterlinq məbləğ əldə edəcəklər. Bununla yanaşı siqaret istehsalçıları ilə də siqaretin zərərləri barədə məlumatların qutuların içərisinə yerləşdirilməsi barədə danışıqlar aparılacaq. 

Xatırladaq ki, hökumət 2030-cu ilə qədər ölkədə siqaret çəkənlərin nisbətini 5 faizə endirməyi planlaşdırır.