Aralıq dənizinin ən populyar turizm zonalarından olan İspaniya 2023-cü ilə uğurla başlayıb. Bu barədə Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir.
Yanvar ayında ölkəyə gələn turistlərin sayı 2022-ci ilin cari dövrü ilə müqayisədə 65,8 faiz artaraq 4147000 olub. İspaniya 2019-cu ildə isə yanvar ayında 4,2 milyon turisti qəbul edib.
Beləliklə, ölkə pandemiyadan əvvəlki göstəriciləri nəinki bərpa edib, hətta geridə qoyub.
Fərid