İspaniyada illik inflyasiya mart ayında azalıb. 

Foodinfo.az xəbər verir ki, mart ayında ölkədə inflyasiya 3,3 faizə geriləyib. 

Halbuki fevral ayında bu rəqəm 6 faizə bərabər olub. 

Qiymətlərin azalmasına səbəb ölkədə enerjidaşıyıcılarının ucuzlaşmasıdır. 

Statistik məlumatların təhlili göstərir ki, ölkədə ucuzlaşma ərzaq sahəsinə təsir göstərməyib. İspaniyada demək olar ki, ərzaq, alkoqol, tütün məhsullarından başqa hər sahədə qiymət artımı dayanıb.