Böyük Britaniyanın Suffolk ştatının İpsviç şəhərində itkin düşən pişik 500 kilometrdən çox yol qət edərək Plimut Universitetinin binasının pəncərəsində ilişib qalıb və bundan sonra sahiblərinin yanına qayıdıb. Foodinfo.az xəbər verir ki, bu barədə “Daily Mirror” məlumat yayıb.
Məlum olub ki, heyvan tələbə qızına baş çəkməyə gələn ailənin avtomobilində gizlənərək Devon ştatının Plimut şəhərinə yollanıb. Yoldan keçənlər universitetin əməkdaşı Co Bobbiyə bildiriblər ki, üç saatdan artıqdır ki, binanın pəncərəsində bir pişik oturub. Qadın qorxmuş heyvana kömək etməyə çalışıb və yanğınsöndürənləri çağırıb, lakin onlar pişiyə kömək etməkdən imtina ediblər, çünki o, 24 saatdan az müddətdir ki, pəncərənin kənarında qalıb.
Sonda heyvanı pəncərə təmizləmə şirkətinin sahibi Aaron Griffiths xilas edib. Pilləkənləri qalxıb yüksəklikdən endirdi. Kişi başqasının pişiyini xilas etmək üçün pul almaqdan imtina edib.
Xilasedicilərdən sonra qadın pişiyi baytar həkimə aparıb. Heyvanın çipindəki məlumata görə, ev heyvanı İpsviçdəndir. Heyvanın sahibləri Plimuta gələrək pişiyi götürüblər.
Fərid