Kahı tez solan tərəvəzlərdən biridir, amma düzgün üsulla onu 7–10 gün təravətli saxlamaq mümkündür.

Foodinfo.az kahının saxlama üsullarını təqdim edir:

1. Kahını yarpaqlarına ayırmadan yuyun və tam qurudun.

2. Yarpaqların arasındakı nəm qalmaması üçün kağız dəsmalla silin.

3. Təmiz kağız dəsmala bükün və hava keçirməyən qida qabına və ya kilidli paketə qoyun.

4. Soyuducunun tərəvəz bölməsində saxlayın.

Kağız dəsmal artıq nəmi çəkərək yarpaqların tez çürüməsinin qarşısını alır. 

Əgər kağız dəsmal nəmlənərsə, onu dəyişmək kahının daha uzun müddət təravətli qalmasına kömək edər.