Kişilər təbiətən qətiyyətli, psixiki dözümlü və güclüdürlər, lakin bədən enerji itirirsə, bütün kişi funksiyaları sönür.
Foodinfo.az xəbər verir ki, Rusiya Federasiyasının “Enhel Medical Wellness Dome” innovativ klinikasının və “Enhel Group” beynəlxalq korporasiyasının təsisçisi, biohakinq sahəsində ekspert Yuliya Enhel güclü cinsin nümayəndələrinə hansı amillərin mənfi təsir etdiyini izah edib.
İlk növbədə, spirtli içki və siqaret ürək və tənəffüs sistemində problemlər yaradır. Bu isə testosteronun azalması, keçəllik və artıq çəki ilə özünü bildirən hormon balansının pozulmasına səbəb olur. Düzgün olmayan qidalanma nutriyent çatışmazlığına gətirib çıxarır, idmanla məşğul olmamaq isə qan dövranına və əzələlərə pis təsir edir. Siyahıya, həmçinin, həyat tonusunun itirilməsinə səbəb olan yuxusuzluq da daxildir. Və nəhayət, daimi stress cinsi disfunksiya ilə nəticələnir.
"Çeşidli qidalanma, gündə azı yeddi-səkkiz saat yuxu, düzgün su rejimi, pis vərdişlərdən qurtulmaq və müntəzəm fiziki fəaliyyət kişi enerjisini bərpa etməyə kömək edəcək sağlam həyat tərzinin adi prinsipləridir", - deyə mütəxəssis izah vurğulayıb.
Onun fikrincə, kişi özündə səbir və sakitliyi tərbiyə etməlidir. Narahatlıq və əsəbilik yarandıqda yoqa və ya nəfəs alma məşqləri etmək məsləhətdir, lakin problemin başını buraxmaq da lazım deyil. Əks halda, kişinin hormonal sistemi ciddi şəkildə zərər görəcək.
Leyla