BMT-nin baş katibi Ukraynadakı müharibə səbəbindən kütləvi qıtlığın və dünyada qida sisteminin dağılacağını proqnozlaşdırır.
Foodinfo.az Marja.az-a istinadən xəbər verir ki, o bildirib ki, Ukraynadakı müharibə artıq təchizat zəncirlərini məhv edir. Ona görə də yanacaq, ərzaq və nəqliyyatda kəskin bahalaşma var.
“Kütləvi aclığın və qlobal qida sisteminin dağılmasının qarşısını almaq üçün əlimizdən gələni etməliyik”, - Antonio Quterreş bildirib.