
Maqnezium insan bədəni üçün ən vacib minerallardan biridir. O, 300-dən çox biokimyəvi prosesdə iştirak edir və sağlamlığın qorunmasında mühüm rol oynayır.
Foodinfo.az maqneziumun nə üçün vacib olduğunu təqdim edir:
– Əzələlərin və sinir sisteminin normal işləməsi üçün vacibdir. Spazm və qıcolmaların qarşısını alır.
– Ürək ritmini tənzimləyir, damarları qoruyaraq hipertoniya və infarkt riskini azaldır.
– Enerji istehsalında iştirak edir, yorğunluq və halsızlığı azaldır.
– Sümüklərin möhkəmliyi üçün kalsiumla birlikdə əsas element sayılır.
– Stress və yuxusuzluqla mübarizədə sinir sistemini sakitləşdirici təsir göstərir.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, maqnezium çatışmazlığı zamanı insanda əsəbilik, əzələ seğirmələri, yuxu pozuntusu və ürək döyüntülərində artım müşahidə oluna bilər.
Bu səbəbdən, həkimlər rasionda yaşıl yarpaqlı tərəvəzlər, qoz-fındıq, paxlalılar, tam taxıllar və mineral sular kimi maqneziumla zəngin qidalara mütləq yer verilməsini tövsiyə edirlər.