Soyuq havaların başlaması ilə immunitetin zəifləməsi riski artır. Mütəxəssislərin fikrincə, bu dövrdə sağlam qalmaq üçün bir neçə vacib qaydaya əməl etmək lazımdır.
Həkimlər bildirirlər ki, immuniteti gücləndirən "sehrli vasitə" yoxdur.
Orqanizmin müdafiə sistemi əsasən düzgün həyat tərzindən asılıdır. Kifayət qədər yuxu, balanslı qidalanma və stressdən uzaq durmaq immun sisteminin normal fəaliyyətində mühüm rol oynayır.
Eyni zamanda, hava şəraitinə uyğun geyinmək, xüsusilə açıq havada uzun müddət qalarkən bədənin soyumasının qarşısını almaq tövsiyə olunur. Mütəxəssislər fiziki aktivliyin və təmiz havada gəzintilərin də sağlamlığa müsbət təsir göstərdiyini vurğulayırlar.






