Profilaktika və qocalma əleyhinə mütəxəssis Natalya Zubarevanın sözlərinə görə, kök insanların özü haqqında dediyi "Sümüyüm iridir" iddiaları həqiqətlə üzləşmək istəməyənlərin gülünc bəhanələrdən başqa bir şey deyil.
Foodinfo.az Publika.az-a istinadən xəbər verir ki, həkim bu barədə Teleqram kanalında yazıb və piylənmənin əsas səbəblərini izah edib.
"Orqanizmin "konstitusiyası" bir çox amillərdən asılıdır, onların hər biri piylənmənin səbəbini tapmaq üçün təhlil edilməlidir.
Birincisi, qidalanma ilə bağlıdır. Kökəlmək istəmirsinizsə, rasiondan şirniyyatları, un məmulatlarını fəstfudları, yağlı qidaları xaric etmək lazımdır. Bir qidalanma mütəxəssisi ilə məsləhətləşib orqanizmə uyğun menyu tərtib edə bilərsiniz. Əsas odur ki, təslim olmayın və plana uyğun əməl edin.
Çəkinizin artmasının ikinci bir səbəbi fiziki fəaliyyətin olmamasıdır. Biz oturaq insanların nəslinə çevrilmişik! Maşınlar, qadcetlər və divanlar bizi əsir saxlayır! Qalxın, hərəkət edin!
Üçüncüsü, genetikadan da çox şey asılıdır. Artıq çəkiyə meyllilik irsi xarakter daşıyır, lakin idmanla məşğul olsanız və pəhriz saxlasanız, bu amili aradan qaldırmaq mümkündür. Dördüncü yerdə stress və emosional amillər gəlir.
Beşincisi, tibbi səbəblərlə əlaqədardır. Qalxanabənzər vəzin xəstəlikləri, polikistik yumurtalıq sindromu və digər xəstəliklər artıq çəkiyə səbəb ola bilər! Odur ki, sağlamlığınıza laqeyd yanaşmayın" , - həkim teleqram kanalında yazıb