Omeqa 3 ürək-damar sağlamlığını qoruyan və pis xolesterinin yüksəlməsinin qarşısını alan yağ turşularından biridir. Beyin funksiyalarının normal işləməsini dəstəkləyir. Alzheimer və demans kimi yaşa bağlı xəstəliklərə qarşı qorunma təmin edir. Başda balıq olmaqla bəzi heyvan və bitki mənşəli qidalarda olan Omeqa 3-ü nə vaxt içmək, nə vaxt qəbul etmək, ac qarına, yoxsa tox mədəyə qəbul etmək lazım olduğunu araşdırmaq faydalıdır.
Foodinfo.az xəbər verir ki, omega 3 bədən tərəfindən istehsal oluna bilmədiyi üçün qida və ya əlavələr vasitəsilə istehlak edilir. Əsasən dəniz məhsullarından əldə edilsə də, omeqa-3 yağ turşularını bitki mənşəli mənbələrdə də var. Kətan toxumunda, soyada və qozda yüksək miqdarda olur.
Bəs omega- 3-ü nə zaman qəbul etmək lazımdır?
Sağlamlıq üçün vacib olan çoxlu doymamış yağ turşusu olan Omeqa 3-dən ürək xəstəlikləri riskini azaltmaq, göz sağlamlığını qorumaq, infeksiyanın qarşısını almaq, beyin sağlamlığını dəstəkləmək, diqqət əskikliyini azaltmaq, depressiyanın qarşısını almaq və dəri sağlamlığını qorumaq istəyənlərin istifadə etməsi tövsiyə olunur. İnsan orqanizmi bu yağ turşusunu özbaşına istehsal edə bilmədiyi üçün onu xaricdən almalıdır.
Xüsusilə qeyri-adekvat qidalanma və ya pəhriz olduqda ideal Omeqa 3 miqdarını əldə etmək çətin ola bilər. Belə bir vəziyyətdə həkim nəzarəti altında əlavə kapsullardan istifadə edilməlidir. Ümumiyyətlə, gündəlik qəbul edilməli olan Omeqa- 3 miqdarı 1-3 qramdır və bu, mütəxəssis həkimin tövsiyəsinə görə dəyişə bilər. Günün istənilən vaxtı istifadə oluna bilsə də, yemək zamanı qəbul etməyin daha faydalı olduğunu söyləmək olar. Səhər və ya axşam yeməyində içmək də maddələr mübadiləsini sürətləndirir.
Omeqa 3 çatışmazlığının əlamətləri hansılardır?
Hüceyrə membranları üçün vacib olan doymamış yağ turşusu olan Omeqa 3-ün ürək-damar sağlamlığını dəstəkləməkdən beyni qorumağa qədər bir çox faydası var.
Onun çatışmazlığını müxtəlif əlamətlərlə başa düşmək olar:
Dəri quruluğu
Sızanaq və ekzema kimi dəri xəstəlikləri
Dırnaq qırılması
Saç və baş dərisində quruluq
Halsızlıq
Saç tökülməsi
Yuxululuq
Diqqət çatışmazlığı
Konsentrasiya itkisi
Oynaq ağrıları
Uzun müddətli yorğunluq və zəiflik
Depressiya
İltihabi revmatizm
Bəs omega 3 çatışmazlığını necə aradan qaldırmaq olar?
Bədənin ehtiyac duyduğu Omega 3-ü əldə etmək üçün əlavə kapsul və həblərdən əlavə qidalanmaya da diqqət yetirilməlidir.
Omeqa 3 ilə zəngin qidalara qızılbalıq, tuna, siyənək, alabalıq və sardina kimi balıq növləri və bəzi qabıqlı balıqlar daxildir. Bundan əlavə, krill yağı və mikroyosun yağı da yüksək miqdarda Omeqa 3 ehtiva edir. Heyvan qaynaqları ilə yanaşı, qoz, fındıq, kətan toxumu və yağı, soya, çia toxumu, kolza yağı, ispanaq, kələm kimi bitki qaynaqlarından da istifadə edilə bilər.