İki övladını itirən ABŞ sakini ailəsi naminə 45 kiloqram arıqlayıb və özünə inamını bərpa edib. Bu barədə News.com.au məlumat yayıb.

Rod-Aylenddən olan Amanda Bucci gənc yaşlarından çəki ilə mübarizə aparırdı. 20 yaşına qədər Bucci 36 kiloqram arıqlamağı bacardı və bu nailiyyətdən çox məmnun idi. Lakin 24 yaşında qadın uşaq salıb. Bucci kədər yeməyə başladı və cəmi altı ay ərzində 30 kiloqram çəki qazandı. "Yemək mənim üçün emosional dəstək oldu və çəkim nəzarətdən çıxdı" deyə xatırlayır. Artıq çəkiyə görə qadın özünə inamsızlaşıb, psixi sağlamlığı sarsılıb.

Buna baxmayaraq, Bucci ikinci dəfə hamilə qalıb və sağlam qız uşağı dünyaya gətirib. Sevinən qadın və əri daha bir uşaq dünyaya gətirmək qərarına gəliblər. Lakin bətnindəki uşağa nadir qan xəstəliyi olan beta talassemiya diaqnozu qoyulub. Qadın hamiləliyi dayandırmalı olub.

Bucci hisslərini boğmağa çalışaraq yeməyə davam etdi, lakin hamilə qalmaq cəhdindən əl çəkməyib. Bir müddət sonra daha bir uşaq dünyaya gəlib. İkinci övladının doğulmasından sonra qadın arıqlamaq qərarına gəlib. Zərərli yeməklərdən imtina etdi və daha çox gəzməyə başladı. Buccinin sözlərinə görə, o, təkcə özü üçün deyil, bütün ailəsi üçün arıqlamaq və sağlamlığını yaxşılaşdırmaq istəyib.

Bir müddət sonra qadın idman zalını ziyarət etməyə başlayıb. Ümumilikdə, Bucci 45 kiloqram arıqlamağı bacarıb. İndi o, həftədə beş dəfə gündəlik kardio və güc məşqləri edir. Bundan əlavə, qadın aşağı karbohidratlı bir pəhriz saxlayır.

Bucci qarın boşluğundan artıq dəri və piylərin çıxarılması əməliyyatı olan abdominoplastika əməliyyatı da keçirib. Əməliyyat zamanı qadın anesteziyaya görə fəsadlar yaşayıb və 10 gün xəstəxanada qalmalı olub. “Çətin sağalma idi, amma indi mən yenidən fiziki cəhətdən sağlamam və çox xoşbəxtəm. Öz bədənimə güvənirəm. Mən özümü 100 faiz hiss edirəm”, o deyir.

Nurlan