Özbəkistanda bəzi ərzaq məhsullarının qiyməti azalacaq.
Foodinfo.az xəbər verir ki, bu barədə Özbəkistan KİV-ə istinadən xəbər verir.
Qeyd olunur ki, hökumətin qərarına əsasən 36 adda məhsulun idxalına 2024-cü ilə qədər rüsum tətbiq olunmayacaq. Məqsəd isə qiymətləri tənzimləmək və bazarı ərzaq məhsulları ilə təmin etməkdir. Xatırladaq ki, əlavə olaraq daha iki məhsulun idxalı da 2023-cü ilin sentyabrın 1-nə qədər gömrük rüsumundan azad edilib.