Qulaqcıqdan düzgün istifadə edilmədikdə eşitmə itkisinə səbəb ola bilər. Xüsusilə yüksək səsdə və uzun müddət qulaqcıq taxmaq daxili qulaqdakı tüklü hüceyrələrə zərər verə bilər. Bu hüceyrələr səsi beyinə ötürür və zədələndikdə geri dönməz eşitmə problemləri yarana bilər.  

Foodinfo.az xəbər verir ki, tədqiqatlar göstərir ki, 85 desibeldən yüksək səs eşitmə itkisi riskini artırır. 

60/60 qaydasına əməl etmək (səsi maksimumun 60%-də saxlamaq və 60 dəqiqədən çox qulaqcıq istifadə etməmək) eşitmə sağlamlığını qorumağa kömək edir.  

Əgər qulaqda cingilti və ya müvəqqəti eşitmə zəifləməsi hiss olunursa, səs səviyyəsini azaltmaq və qulaqcıq istifadəsinə fasilə vermək vacibdir.