Tacikistan Prezidenti Emoməli Rəhmon ölkə əhalisini iki illik ərzaq ehtiyatı toplamağa çağırıb.
Foodinfo.az “Sputnik Tacikistan”a istinadən xəbər verir ki, E.Rəhmon bu barədə Ramazan ayının başlaması münasibətilə xalqa müraciətində danışıb.
Onun sözlərinə görə, dünyada yaranmış vəziyyət bütün ölkələrdə iqtisadi və sosial sferalara ciddi şəkildə təsir edir.
Rəhmon vurğulayıb ki, bugünkü şəraitdə həmrəy olmaq və panikaya düşməmək lazımdır.