Cənubi afrikalı pilot uçuş zamanı təyyarəni təcili eniş etdirməyə məcbur qalıb.
Foodinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV yazıb.
Qeyd olunur ki, təyyarədə 4 sərnişin olub. Uçuş əsnasında Rudolf Erasmus adlı pilot oturacağının altında kobra ilanı olduğunu görüb.
Təlaşa qapılmadan sərnişinlərə vəziyyət barədə xəbərdarlıq edən pilot təyyarəni Velkom şəhərindəki zolağa endirib. Daha sonra təyyarədə axtarış aparılsa da ilanı tapmaq mümkün olmayıb.