Son 48 il ərzində toyuq ətinə artan tələbat qarşısında insan təsirilə toyuqlar 4 dəfə daha artıq çəkiyə çatdırılıblar.

Hazırda fermalarda yaşayan 30 milyard heyvanın təxminən 23 milyardı toyuqdur. Statistikaya görə, insan həyatı boyunca 7 mindən çox heyvan əti yeyir və onlardan 2400-ü toyuq olur.

Bəzi fermalarda minlərlə toyuq kəsilənə qədər çox kiçik bir yerdə yaşayır. Quşlar öz zibilləri, nəcisləri üzərində yaşamağa məcbur olurlar. Həmin zibillər quşlarda amonyak yanıqları yaradır. Eyni zamanda, qarışqalar və qurdlar toyuqların bədənində gəzişir. Bu da çox təhlükəlidir.

Bir sıra Rusiya və Türkiyə mənbələrinin yazdığına görə, broyler toyuqlarının yeminə antibiotik və hormonal preparatların qatılması onların ətlənməsinə və müxtəlif xəstəliklərdən müdafiə olunmasına xidmət edir.

Bu mövzuda ətraflı araşdırmalar aparan İstanbul Universitetinin nəzdindəki Onkologiya İnstitutunun müəllimi Yavuz Dizdar dəfələrlə açıqlama verərək xərçəng xəstəliyi ilə broyler toyuqlarından hazırlanmış qida arasında əlaqə olduğunu söyləyib. Belə bir qorxunc iddia ilə çıxış edən alimin sözlərinə görə, sümükləri inkişaf etməsin, sadəcə ətə dolsun deyə toyuqlar eynən tarladakı pomidorlar kimi heç tərpənmədən yetişdirilir. Mütəxəssis qeyd edib ki, sağlam qidalanmaq üçün əksər insanlar ancaq toyuq əti yeyir. Sonra da görürük, hər gün bir gənc qadın süd vəzisi xərçənginə tutulur. Çox böyük ehtimalla, bunun səbəbi genetik modifikasiya olunmuş məhsullarla qısa müddətə böyüyən broyler toyuqlardır.