Türkiyənin ilk milli avtomobili olan “Togg” avtomobil həvəskarlarının diqqətini cəlb edib. 

Bu barədə Foodinfo.az “Hürriyet”ə istinadən xəbər verir.

Avtomobil istehsalçısının verdiyi məlumata görə, hazırda avtomobilin ilkin sifariş həcmi 177 467-ə çatıb. Halbuki 2023-cü ildə müvafiq avtomobildən 12 min ədəd istehsalı planlaşdırılır. Sifariş sahibləri isə şirkət tərəfindən keçiriləcək çəkilişlə müəyyən ediləcək. Şirkətin rəsmi saytından qeydiyyatdan keçən hər bir müştəri 60 min türk lirəsi ödədikdən sonra istədikləri T10X modelini konfiqurasiya edərək sifariş verə biləcəklər.

Şəbnəm