Ukraynada il ərzində ərzaq məhsulları əhəmiyyətli şəkildə bahalaşıb.
Foodinfo.az xəbər verir ki, bəzi ərzaq məhsulları bir neçə dəfə bahalaşıb və hazırda da bu temp saxlanılır.
Ekspertlər isə baharın sonuna doğru bazarda vəziyyətin stabilləşəcəyini güman edirlər. Ukraynanın Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə 2023-cü ilin martın ərzaq məhsulları ötən ilin cari dövrü ilə müqayisədə 26,5 faiz baha olub.
Ölkədə ərzağın bahalaşmasının başlıca səbəbi isə yerli valyutanın inflyasiyası olub.