Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Dövlət İmtahan Mərkəzinin rəhbərlərinin və əməkdaşlarının iştirakı ilə kütləvi ağacəkmə tədbiri keçirilib.
Foodinfo.az xəbər verir ki, könüllülərin də iştirak etdiyi ağacəkmə tədbiri zamanı Müşfiqabad qəsəbəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.