Zərərli vərdişləri bir kənara qoyduqda ürək sağlamlığını bərpa edən, ürək-damar sisteminin fəaliyyətini dəstəkləyən qidalar açıqlanıb. Foodinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV yazıb.
Ekspertlərin sözlərinə görə, duz və yağ əvəzinə yeməkləri ədviyyatlarla dadlandırmaqla ürək sağlamlığını qorumaq mümkündür. Xüsusən darçın və zəncəfil bu mənada faydalıdır.
Qara lobya antioksidantlar və maqnezium kimi qan təzyiqini aşağı salan vitamin və minerallarla doludur.
Qızılbalıq ürək sağlamlığına müsbət təsir göstərdiyi bilinən Omeqa-3-lə zəngindir. Nəbz ritminin pozulması hallarını aradan qaldıraraq qan təzyiqini aşağı salır.
Ekspertlər qeyd edirlər ki, həmçinin zeytun yağı, qoz, badam, şirin kartof, portağal, yulaf, kətan toxumu, qaragilə, yaşıl yarpaqlı tərəvəzlər.
Fərid