"Dünyada koronavirusla (COVID-19) bağlı fövqəladə vəziyyət başa çatıb".
Foodinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus deyib.
Onun sözlərinə görə, bir zamanlar ağlasığmaz məhdudiyyətlərə, ən azı 7 milyon insanın ölümünə səbəb olan pandemiyanın başa çatdığı qeyd olunur: “Fövqəladə vəziyyətin başa çatmasına baxmayaraq, Cənub-Şərqi Asiya və Yaxın Şərq ölkələrində yoluxma halları artır. Hər həftə minlərlə insan bu xəstəlik səbəbindən dünyasını dəyişir".