İranın cənub qərbində yerləşən Ahvaz şəhərində COVID-19-dan qoruduğunu zənn edərək sənaye spirti içiblər. Foodinfo.az-ın Oxu.az-a istinadən məlumatına görə, sənaye spirti qəbul edən yeddi nəfər vəfat edib, 48 nəfər isə zəhərlənib. Onlardan bəziləri görmə qabiliyyətini itiriblər. Ölənlərin sayının artma ehtimalı var.