Yüksək enerjili qidalarda (çips, şirin soda, fast food və hisə verilmiş kolbasa) olan duz, natrium qlükonat, nişasta və şəkər həzz hormonlarını stimullaşdırır və insanı bu cür qidaları yeməyə öyrədir. Bu barədə diyetoloq Yelena Solomatina danışıb.

"Duz, natrium qlükonat, nişasta və şəkər həzz hormonlarını stimullaşdırır və yüngül narkotik effekti əldə edilir; insan getdikcə daha çox istəyir. Soda mədənin divarlarını qıcıqlandırır, hər şey qana daxil olur və insana dərhal enerji verir", - diyetoloq NEWS.ru-ya verdiyi müsahibədə vurğulayıb. 

Həkimin sözlərinə görə, şəkərin qlükoza səviyyəsini yüksəltməsi üçün iyirmi saniyə kifayətdir. Şirin içkilərdə bu proses daha da sürətlə baş verir. Bununla belə, bəzi təbii məhsullardan (pendir və ya qırmızı şərab) yüngül eyforiyaya düşə bilərsiniz.

Leyla