Endokrinoloq Aleksandra Dedikova şəkər əvəzedicilərinin təhlükələri barədə xəbərdarlıq edərək bildirib ki, onlar bəzi insanlara zərər verməsə də, digərləri üçün xüsusilə karbohidrat mübadiləsini pozaraq sağlamlıqlarına təhlükəli təsir göstərə bilər. Foodinfo.az xəbər verir ki, o bu barədə RT-ə danışıb.

Təbii şəkərlər adətən işlənməmiş qidalarda (meyvələr, taxıllar və s.) olur və orqanizm tərəfindən enerji mənbəyi kimi istifadə edilərkən, süni dadlandırıcılar tamamilə fərqli şəkildə işləyir.

Dedikova izah edir ki, dadlandırıcılar şəkərin xüsusiyyətlərini təqlid edə bilir, lakin tərkibində karbohidrat olmadığı üçün enerji mənbəyi kimi istifadə edilə bilməz.


Dedikova xəbərdarlıq edir ki, dadlandırıcıların nəzarətsiz istifadəsi karbohidrat mübadiləsinin pozulmasına, iştahın artması səbəbindən xeyli çəki artımına və mədə-bağırsaq xəstəliklərinə səbəb ola bilər.


O, allergiyası olan insanlara, hamilə və laktasiya edən qadınlara, uşaqlara dadlandırıcılardan istifadə etməməyi tövsiyə edib.