
Gündəlik qida rasionunuza çərəzin daxil edilməsi ürək əzələnizi gücləndirəcək və bədəninizi toksinlərdən qoruyacaq.
Dietoloq Andrey Lısenkovun fikrincə, ürək-damar xəstəliklərinin qarşısını almağın ən zövqlü və ucuz yolu kalium və maqneziumla zəngin qidalardan istifadə etməkdir.
"Məsələn, mən bütün xəstələrə müxtəlif növ qoz-fındıq yeməyi tövsiyə edirəm. Çünki o, ideal qəlyanaltıdır, zülal mənbəyidir, həm də əsəbləri gücləndirmək, fiqurun formalaşdırmaq və ürək əzələsini gücləndirmək üçün vasitədir" - ekspert bildirib.
Həkim həmçinin vurğulayıb ki, demək olar ki, bütün çərəzlər ürək-damar xəstəliyi, infarkt və xərçəng riskini effektiv şəkildə azaldır.
Bu baxımdan qoz və püstə xüsusilə uğurludur. Onlar iltihabı azalda, toksinləri çıxara və beyin funksiyasını artıra bilər.
Neçə fındıq yemək lazımdır?
İstədiyiniz effekti əldə etmək üçün gündə təxminən 20-50 qram qoz yemək lazımdır. Amma gündə 30-40 püstə yemək kifayətdir.
Leyla